AZ

Hökumət benzin və dizel yanacağına niyə kvota tətbiq edib? Ekspert səbəbi açıqladı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan hökuməti Dövlət Neft Şirkətinə (SOCAR) 11 ay ərzində (01.05.2026 – 31.03.2027) ölkəyə Aİ-92 benzini və dizel yanacağının idxalı üçün KVOTA tətbiq edib. Nazirlər Kabinetinin 27 aprel 2026-cı il tarixli 118 N-li qərarında bildirilir ki, sözügedən müddətsə SOCAR-ın idxal edəcəyi Ai-92 markalı benzin 205 min ton, dizel yanacağının həcmi isə 201 min ton həddini aşmamalıdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Nazirlər Kabinetinin bu qərarını şərh edib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, Azərbaycan Aİ-92 markalı benzinin idxalının ən yüksək həcmini 2024-cü ildə həyata keçirib. Həmin il 262,4 min ton Aİ-92 markalı avtomobil benzinin idxalına 225,85 milyon dollar ödəniş həyata keçirilib.

Ekspert xatırladır ki, hökumət ölkə daxilində dövlət tərəfindən tənzimlənən avtomobil yanacağı qiymətlərinin sabitliyininin təmin edilməsi və daxili bazarın fasiləsiz yanacaqla təchizatının qorunması məqsədi ilə 11 ay ərzində ölkəyə idxal ediləcək yanacağa simvolik aksiz vergisi – hər tonu üçün 1 manat tətbiq edib.

Bəs hökumət niyə belə qərar verib? İlham Şaban deyir ki, əslində belə qərarların verilməsi yenilik deyil: “Hökumət o zaman bu cür addımlar atır ki, yanacaq istehsal edən Bakı Neft Emalı Zavodu illik cari təmirə və modernizasiya işləri məqsədi ilə fəaliyyətinə müvəqqəti fasilə verir. Adətən bu müddət 1-2 ay çəkir. Ona görə də hökumət əvvəllər ölkənin daxili yanacaq tələbatının ödənilməsi və qiymətlərin stabilliyini saxlamaq üçün idxal vergisinin 3-4 ay müddətinə tətbiq edirdi”.

Bəs indi niyə bu az qala 1 ilə yaxın müddətə tətbiq edilir? Ekspert hesab edir ki, məntiqlə bu, zavodda aparılacaq təmir və modernizasiya işləri dövrünü və NEZ işə düşdükdən sonra mövcud istehsal gücünü yığana qədər olan dövrü əhatə etməlidir.

“Kənar müşahidə ilə bu qənaətə gəlmək olar. Amma daha dəqiq və dolğun cavabı təbii ki, hökumətin özü, ya da zavodun sahibi - SOCAR verə bilər”, - o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
azpolitika.info

2Mənbələr