AZ

Tramp İranın nüvə təklifinə niyə qarşıdır?

ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazını açması müqabilində nüvə danışıqlarının müharibədən sonrakı dövrə təxirə salınmasını nəzərdə tutan yeni təklifindən narazı olduğu bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, “The New York Times” qəzetinin Ağ Ev mənbələrinə istinadən yaydığı xəbərlərə görə, Tramp nüvə məsələsinin istənilən razılaşmanın əsas şərti olması mövqeyində israr edir.

Trampın müşavirləri ilə keçirdiyi görüşlər barədə məlumatlı rəsmilər bildiriblər ki, Prezident nüvə məsələsinin “təxirə salınması” ideyasına müsbət yanaşmır.

Qeyd olunur ki, Tramp nüvə mövzusunun masadakı digər bütün məsələlərdən əvvəl müzakirə olunmasını və İranın nüvə silahı potensialının tamamilə aradan qaldırılmasını hədəfləyir.

Nəşrdə yer alan təhlillərə görə, ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı qəti təminatlar almadan limanlardakı blokadanın aradan qaldırılmasını strateji səhv hesab edir.

Blokadanın götürülməsinin ABŞ-nin əlindəki ən güclü danışıqlar kozunu zəiflədəcəyi və İrana vaxt qazandıracağı qiymətləndirilir.

Seçilən
70
cebheinfo.az

1Mənbələr