AZ

Yol ayrıcında qəza baş verdi; svetofor və digər qurğular yararsız hala düşdü VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı  nəqliyyat svetoforu və idarəetmə qutusu sıradan çıxıb. Bu səbəbdən kəsişmədə olan digər svetoforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni svetoforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar svetofor vasitəsilə təmin ediləcək.

Avtosfer.az xəbər verir ki, svetoforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu,  Zabrat-Maştağa yolunda qeydə alınıb. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar svetofor işləyir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
14
avtosfer.az

10Mənbələr