AZ

"Qadınlar şüurlu, kişilər şüursuz şəkildə xəyanət edirlər" - Ekspertlə SENSASİON MÜSAHİBƏ

"Əvvəlki dövrdə insanlar sanki münasibətə şüursuz şəkildə yanaşırdılar. Onlar nəsil artırmaq, ailə olmaq üçün evlənirdilər. İndi isə cütlüklərin münasibətlərdən gözləntiləri daha da çoxalıb. Ona görə də indi evliliklər daha çox gözə batır".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a müsahibəsində ailə məsələləri üzrə beynəlxalq ekspert Zəhra Əskərzadə deyib.
 

Müsahibədən bəzi məqamları diqqətinizə çatdırırıq:

 
Z.Əskərzadə vurğulayıb ki, kişi münasibətdə ilk addımı atmırsa, onu cəsarətsiz adlandırmaq olmaz:
 
"İnsanlar bir çox hallarda özlərini tanımadan münasibətə başlayırlar. Azərbaycan ailələrində sosial basqı, təzyiq yüksək səviyyədədir. Kimsə tək qalmaqdan qorxur deyə münasibətə başlayır. Həmçinin indiki dönəmdə "doğru insanı tapmaq" anlayışı geniş yayılıb. Doğru insan ideal şəxs deyil. Doğru insan tapılmır, inşa edilir".
 
Z.Əskərzadə bildirib ki, iradəsi zəif olan şəxslər xəyanətə meyil edirlər:
 
"Xəyanət varsa, cütlükdə sistem problemi var. Xəyanət etmək asan psixoloji üsuldur. Kişilər xəyanət edəndə sanki problemlərini həll etməyə çalışırlar. Almaq istədikləri duyğunu başqa qadınlardan əldə edə bilərlər. Sağlam cütlüklər isə problemi həll etməyə çalışırlar".
 
Müsahibimiz evlilikdən əvvəl cütlüklərin bir yerdə yaşaması məsələsinə də toxunub və bildirib ki, bunun müsbət tərəfləri var.
 
Seçilən
2
1
moderator.az

2Mənbələr