AZ

Ətin bahalaşmasının özünəməxsus səbəbləri var

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bazarlardakı qiymət artımı rəsmi rəqəmlərdə özünü qabarıq göstərməyə başlayıb. Xüsusilə gündəlik tələbat malları və qida məhsullarının bahalaşması istehlakçıların cibinə birbaşa təsir edir. Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6,8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb.İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, istehlak qiymətləri indeksində üç komponent var və bu göstərici həmin üç komponentin orta artımını göstərir:“Məsələn, qeyri-ərzaq məhsulları daha az bahalaşıb, ərzaq məhsulları isə daha çox bahalaşıb. Misal üçün, pomidor bir az daha çox bahalaşır, ət daha çox bahalaşıb, amma tutaq ki, mebel alsanız o qədər bahalaşmayıb. Eyni ilə kondisioner də o qədər çox bahalaşmayıb və sair. Burada məsələ ondan ibarətdir ki, ümumi inflyasiya 5,7 faizdir, amma komponentlər üzrə biri çox, digəri az bahalaşır və nəticədə orta göstərici bu rəqəmə gəlib çıxır. Ortalama göstərici də gəlib 5,7 faizə düşür, yəni orta çəkili kəmiyyət bu səviyyədə formalaşır. İnflyasiyanın orta səviyyəsindən daha yüksək artım ərzaq qiymətlərində müşahidə olunur. Ərzaq qiymətlərinin artmasının isə öz səbəbləri var”. İqtisadçı qeyd edib ki, daşıma xərclərinin yüksəlməsi və istehsal prosesindəki çətinliklər qiymət artımını qaçılmaz edir. Xüsusilə kənd təsərrüfatı sektorunda enerji resurslarının qiyməti mühüm rol oynayır.“Daşıma xərcləri yüksəlir. Məsələn, ətin bahalaşmasının özünəməxsus səbəbləri var. Bu həm dünyada baş verən proseslərlə, həm də ölkə daxilindəki faktorlarla bağlıdır. Misal üçün, fındıq keçən illə müqayisədə 50 faiz bahalaşıb. Bunun səbəbi məhsuldarlığın 2025-ci ildə aşağı düşməsi və dünya bazarında qiymətlərin artmasıdır. Ümumiyyətlə, hər bir məhsulun bahalaşmasının öz səbəbi var. Digər tərəfdən, Tarif Şurasının qərarları benzinin, dizelin, ümumilikdə yanacağın, eləcə də işıq və qazın bahalaşması kənd təsərrüfatına daha çox təsir edir. Çünki, parniklərdə məhsul yetişdirmə xərcləri artır. Ümumilikdə, 5,7 faiz inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilindədir. Mərkəzi Bank 6 faizə qədər olan inflyasiyanı ciddi problem hesab etmir. Yəni bu göstərici Mərkəzi Bankı narahat edən səviyyədə deyil”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
demokrat.az

1Mənbələr