AZ

​Qonşuda qış geri qayıdır -

Türkiyədə hava şəraiti yenidən kəskin dəyişir. Meteoroloqların proqnozlarına görə, may ayının əvvəlindən etibarən ölkə ərazisinə soyuq hava dalğası daxil olacaq və bir çox bölgədə yağıntılar güclənəcək. Metbuat.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatlarında bildirilir ki, temperatur yaxın günlərdə hiss olunacaq dərəcədə enəcək. Xüsusilə 1 maydan başlayaraq temperaturun 5-6 dərəcə aşağı düşəcəyi, ölkənin böyük hissəsində isə leysan xarakterli yağışların müşahidə olunacağı gözlənilir. Həftə sonuna doğru isə yağıntılar demək olar ki, bütün ölkəni əhatə edəcək. Dağlıq və yüksək ərazilərdə qar və sulu qar ehtimalı var. Sinoptiklərin sözlərinə görə, hazırda İstanbul, Ankara və İzmir şəhərlərində hava nisbətən sabit və buludlu keçsə də, yaxın günlərdə vəziyyət dəyişəcək. Temperaturun İstanbulda 16-17, Ankarada 18-20, İzmirdə isə 24-26 dərəcə civarında olacağı, lakin sonradan kəskin enişin baş verəcəyi bildirilib.

Meteoroloqlar xüsusilə ölkənin daxili və şərq bölgələrinin yüksək hissələrində qar yağışı ehtimalının yüksək olduğunu vurğulayaraq, vətəndaşlara hava şəraitindəki dəyişikliklərə qarşı diqqətli olmağı tövsiyə edirlər.

Seçilən
42
metbuat.az

1Mənbələr