AZ

“Caspian Agro” sərgisində xarici iştirakçıların sayında təxminən 50 faiz artım var- Anar Cəfərov

Bakıda keçirilən “Caspian Agro” sərgisinin formatı genişləndirilərək artıq daha uzunmüddətli və əhatəli platformaya çevrilib. Bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ildən etibarən sərginin 4 gün davam etməsi iştirakçıların marağını əhəmiyyətli dərəcədə artırıb.

" “Caspian Agro” artıq dövlət və özəl sektor, eləcə də yerli və xarici şirkətlər arasında mühüm əməkdaşlıq platforması kimi formalaşıb. Bu səbəbdən sərginin müddətinin artırılması gözlənilən addım olub. Ötən il keçirilən sərgidə xarici şirkətlərin iştirakına böyük maraq göstərilib. Bu il isə xarici iştirakçıların sayında təxminən 50 faiz artım müşahidə olunub. Xarici şirkətlərin sərgidə iştirakı onların məhsullarını daha geniş təqdim etməsinə və yerli bazarla əməkdaşlığın güclənməsinə şərait yaradır",- Sədr vurğulayıb.

Cəfərov əlavə edib ki, sərginin əsas istiqamətlərindən biri də rəqəmsallaşma və innovativ həllərin təqdimatıdır. Bu il bir çox yerli və xarici şirkət stendlərində müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilir. Həmçinin ilk dəfə olaraq sərgi çərçivəsində bir həftə ərzində 5 forum və xarici ölkələrin nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Bu tədbirlər aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Aytac

Seçilən
8
anews.az

1Mənbələr