AZ

İnternet məhdudiyyətləri İranın zəfəran ixracına zərbə VURUR

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İranda internet məhdudiyyətlərinin zəfəran ixracına mənfi təsir göstərdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, sənaye rəsmilərindən biri internetin bağlanması səbəbindən ixracatçıların beynəlxalq müştərilərlə əlaqələrinin ciddi şəkildə pozulduğunu və bunun İranın zəfəran ixracına zərər vurduğunu deyib.

İranın Milli Zəfəran Şurasının Vitse-prezidentinin sözlərinə görə, bir çox ixracatçı məhdud internet çıxışı səbəbindən xarici alıcılarla əlaqə saxlaya bilmir və məhsullarını vaxtında göndərməkdə çətinlik çəkir.

Qeyd olunub ki, yaranmış vəziyyət Əfqanıstan da daxil olmaqla bəzi xarici rəqiblərə İran zəfəranını qlobal bazarlarda öz adları altında satmaq üçün əlavə imkanlar yaradır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
1
redaktor.az

2Mənbələr