AZ

Mübahisə qorxusu: Kralla Trampın görüşü qapalı keçiriləcək

Britaniya rəsmiləri, Trampın Zelenski ilə görüşü zamanı baş verənə bənzər ictimai qarşıdurmadan ehtiyat edərək, Kral III Çarlzın ABŞ prezidenti Donald Trampla Ağ Evdəki əsas görüşünün qapalı qapılar arxasında keçirilməsini təmin ediblər.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

“Britaniya rəsmiləri Trampın dünya mediası qarşısında Ukrayna prezidenti Volodimir Zelenski ilə nümayişkaranə şəkildə mübahisə etdiyi səhnənin təkrarlanmasından ehtiyat edərək monarxla ABŞ prezidenti arasında Oval Ofisdə görüşün qapalı keçirilməsində israr etdilər, Ağ Ev də razılaşdı”, - məlumatda deyilir.

Səfərin planlaşdırılmasında iştirak edən mənbələr bildirib ki, III Çarlz çərşənbə axşamı Trampla əsas ikitərəfli görüşündən əvvəl kameralar qarşısına çıxacaq, lakin heç bir əsas məsələni müzakirə edərkən lentə alınmayacaq.

Britaniya nazirləri dövlət səfərinə böyük ümidlər bəsləyir və ümid edirlər ki, bu səfər onilliklərin ən çətin dövrlərindən birində iki ölkə arasında münasibətlərin bərpasına kömək edəcək.

Seçilən
31
publika.az

1Mənbələr