AZ

Zaur Əliyev: İşğaldan azad edilmiş ərazilərdə təxminən 13 min əmək müqaviləsi bağlanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri yüksək sürətlə davam etməkdədir. Bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri fonunda işçilərin sağlam və təhlükəsiz əməyinin təmin olunması xüsusi diqqət mərkəzindədir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminin ƏMAS ilə inteqrasiyası nəticəsində proaktiv nəzarət tədbirləri həyata keçirilir. Tədbirlər nəticəsində təxminən 13 min əmək müqaviləsinin bağlanılmasına nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr