Niderlandın qlobal maliyyə institutu ING bildirib ki, Hörmüz boğazı üzərindən neft ixracının may və iyun aylarında mərhələli şəkildə yenidən başlamasını gözləyir. Lakin qurum ilin böyük hissəsində ixracın müharibədən əvvəlki səviyyələrdən aşağı qalacağını proqnozlaşdırır.
Marja -mım məlumatına görə, Bank qeyd edib ki, daha uzun müddət davam edəcək normallaşma prosesi anbar məhdudiyyətləri səbəbilə dayandırılmış istehsalın mərhələli şəkildə yenidən işə salınmasına imkan verə bilər.
İnfrastruktura dəymiş ziyan bərpanı ləngidə bilər
ING mümkün infrastruktur zərərlərinin istehsal və daşımaların müharibədən əvvəlki səviyyələrə qayıtmasını daha da gecikdirə biləcəyinə diqqət çəkib. Bu vəziyyətin qlobal təklif mənzərəsini təzyiq altında saxlaya biləcəyi qiymətləndirilir.
Brent proqnozları yuxarı qaldırılıb
Bu çərçivədə bank Brent nefti üçün 2026-cı ilin ikinci rüb üzrə orta qiymət proqnozunu bir barel üçün 96 dollardan 104 dollara yüksəldib.
Qurum həmçinin ehtiyatlardakı güclü azalmanı və neft axınında ləng bərpanı əsas gətirərək Brent neftinin 2026-cı ilin dördüncü rüb üzrə orta qiymət proqnozunu da 88 dollardan 92 dollara artırıb.
Qeyd edək ki, hazırda Brent nefti 2,90% bahalaşma ilə 111,37 dollara ticarət olunur.