AZ

Rubinyandan xaricdəki ermənilərə XƏBƏRDARLIQ: "Zvartnots"da həbs olunacaqsınız - VİDEO

Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan xaricdə yaşayan həmvətənlərinə müraciət edərək, seçki rüşvəti ilə bağlı sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o, xaricdə seçki rüşvəti təklifini qəbul edən şəxslərin ölkəyə daxil olan kimi məsuliyyətə cəlb olunacağını bildirib.

Rubinyan qeyd edib ki, seçki rüşvəti almaq cinayət hesab olunur və Ermənistanın xüsusi xidmət orqanları bu prosesi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda diqqətlə izləyir.

O, "Zvartnots" hava limanına enən hər bir şübhəli şəxsin dərhal həbs ediləcəyini vurğulayıb.

Vitse-spiker çıxışında kilsə nümayəndələrini də hədəf alaraq bildirib:

"DTK (KGB) agenti olan arxiv yepiskopu Ezras və ya onun şəbəkəsi vasitəsilə rüşvət alanlar bilməlidirlər ki, "Karo" ləqəbli bu şəxs xidmətlərimizin ciddi nəzarəti altındadır. Kim bu şəbəkədən pul və ya hər hansı rüşvət alarsa, Ermənistana gəldiyi an həbs olunacaq".

Bununla belə, Rubinyan rüşvət almadan sadəcə vətəndaşlıq borcunu yerinə yetirmək üçün gələn ermənilərin təşəbbüsünü alqışladıqlarını və onları ölkədə görməkdən şad olduqlarını əlavə edib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr