AZ

Eşqi Bağırovdan valideynlər üçün müjdə: bağça yerləri genişlənir

“Ölkəmizdə məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması istiqamətində strategiya həyata keçirilir və burada 50 faizlik hədəf müəyyən olunub. 2026-cı ilin sonunadək bu strategiyanın başa çatdırılması və həmin tarixə qədər 50 faizlik hədəfə çatmağımız nəzərdə tutulur. Müqayisə üçün qeyd edim ki, 2022-ci ildə əhatə göstəricisi təxminən 30 faizə yaxın idi, hazırda isə bu rəqəm 40 faiz ətrafındadır və ilin sonuna qədər onun 50 faizə çatdırılması planlaşdırılır”.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə məlumat verib.

“Bununla bağlı bir neçə model hazırda aktivdir və vətəndaşların istifadəsinə verilib. Xüsusilə vurğulamaq istərdim ki, bunlardan biri hamımıza tanış olan ənənəvi bağça modelidir, dövlət məktəbəqədər təhsil müəssisələri. Bu müəssisələrdə yerlərin sayı optimallaşdırılaraq artıq 107 minə çatdırılıb və növbəti dövrlərdə də bu göstəricinin optimallaşdırma hesabına artırılması planlaşdırılır. Yəni mövcud bağçalarda yerlərin sayını optimallaşdırmaqla ümumi tutumun daha da artırılmasına şərait yaradılır”, - deyə o bildirib.

NURİYYƏ

Seçilən
59
redaktor.az

1Mənbələr