AZ

2-ci sinif şagirdi qeyri-bədii mətn, anket, dəvətnamə, təlimat yazmalıdır – Yeni qaydalar

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsilmüəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digərdildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədrisdili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, qaydalarda II-IV siniflər üzrə müsahibəninhansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, II-IV siniflər üzrə müsahibə zamanı şagirdin tədrisdilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasındaqiymətləndiriləcək:

  • dinləyib-anlama bacarığı

Şagird dinlədiyi mətnin məzmunu ilə bağlı əsas məqamları qeydetməli və faktoloji suallara cavab verməli, dinlədiyi mətninməzmununu şərh etməli, obraz, fakt və fikirlərə münasibətbildirməli, dinlədiyi mətni genişləndirməli və yaradıcıyanaşmalıdır.

  • oxu bacarığı

Şagird müvafiq mətnləri sürətli, səlis və aydın səslə oxumalı,mətni oxuyarkən durğu işarələrini nəzərə almalı və məzmuna uyğunsəs tonu seçməli, mətndəki məlumatları mənimsədiyini nümayişetdirməli, kontekstdən çıxış edərək söz və ifadələrin mənasınımüəyyən etməlidir.

  • danışma bacarığı

Şagird oxuduğu və dinlədiyi mətni yaradıcı şəkildə danışmalı,hər hansı hadisə və mövzu ilə bağlı bildiklərini, fikir vətəəssüratlarını rabitəli şəkildə təqdim etməli, cümlə qurarkənleksik və qrammatik normalara əməl etməli, danışarkən məzmuna uyğunintonasiya, jest və mimikadan istifadə etməlidir.

  • yazı bacarığı

Şagird bir neçə cümlədən ibarət rabitəli mətn yazmalı, yazızamanı mətndəki məlumatları məntiqi və xronoloji ardıcıllığıgözləməklə qruplaşdırmalı, tanış olduğu məlumatlara və təxəyyülünəəsasən bədii, qeyri-bədii mətn və əməli yazılar (elan, anket,dəvətnamə, təlimat) yazmalıdır.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballartoplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun balmüəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagirdmüsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibəninnəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektronkabinetə göndərilir.

Seçilən
36
3
az.trend.az

4Mənbələr