AZ

İstanbulda antiterror əməliyyatı - 39 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində terror təşkilatlarını hədəf alan əməliyyatlarda 39 nəfər həbs edilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğundan məlumat verilib.

Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar və sənədlər müsadirə edilib və 62 şübhəlidən qalan 23 qaçağın tutulması üçün səylər davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
74
missiya.az

1Mənbələr