"Birinci sinfə qəbul prosesi mayın 1-dən start götürür".
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı Şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib:
"I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir".
Oxu.az
Tarix: 28 Aprel 2026, 12:39