AZ

Hörmüz boğazı iflic olub: İki minə yaxın gəmi...

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hörmüz boğazından keçmək üçün gözləyən gəmilər bölgədə ciddi sıxlıq yaradıb.

Təhlükəsiz keçid üçün növbədə dayanan və sayının 2 minə yaxın olduğu bildirilən gəmilərin yaratdığı uzun sıra görüntülənib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 28 fevralda başlayan və qarşılıqlı hücumlar, bəyanatlarla davam edən ABŞ–İsrail və İran qarşıdurması dəniz nəqliyyatına da ciddi təsir göstərib.

İranın Hörmüz boğazı üzərində nəzarəti gücləndirməsi və ABŞ-nin tətbiq etdiyi blokada səbəbindən boğazdan keçidlər kəskin azalıb.

Dünyada daşınan neftin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətli hissəsi bu boğazdan keçdiyi üçün yaranmış vəziyyət qlobal enerji bazarı üçün risk hesab olunur.

Əgər əvvəllər boğazdan gün ərzində orta hesabla 125–140 gəmi keçirdisə, hazırda bu rəqəm 5–7-yə qədər enib.

Məlumata görə, hazırda Bəsrə körfəzində Hörmüz boğazının daxili hissəsində 800-dən çox, bəzi hesablamalara görə isə 2 minə yaxın gəmi keçid icazəsi və ya təhlükəsiz keçid təminatı gözləyir. Gəmilərdə təxminən 20 min dənizçinin olduğu bildirilir.

Beynəlxalq dənizçilik mənbələrinin məlumatına əsasən, bəzi gəmilər həftələrdir lövbərdə gözləyir. Ekipajın ərzaq, yanacaq və psixoloji gərginlik baxımından çətin vəziyyətdə olduğu qeyd edilir.

Beynəlxalq Dənizçilik Təşkilatı və dəniz təhlükəsizliyi üzrə qurumlar vəziyyətin qlobal enerji təchizatını təhdid etdiyini, neft qiymətlərində dalğalanma riskini artırdığını bildirir.

Qısa müddətli atəşkəs təşəbbüsləri və diplomatik təmaslara baxmayaraq, boğazda hərəkət hələ də məhdud və qeyri-sabit olaraq qalır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə üfüq boyunca ardıcıl düzülmüş onlarla tanker və yük gəmisinin növbə gözlədiyi görünür.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr