AZ

Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması bizim üçün dərin önəm daşıyır - "PASHA Holding"

Bakı.Trend:

Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması "PASHAHolding" üçün böyük önəm daşıyır.

Trend-inməlumatına görə, bunu “PASHA Holding” MMC-nin baş icraçı direktoruCəlal Qasımov İspaniyanın IE Universiteti ilə Bakıda IE Liderlik vəİnnovasiya Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumununimzalanma mərasimində deyib.

“IE Universiteti və SOCAR ilə birgə, Elm və Təhsil Nazirliyi iləİqtisadiyyat Nazirliyinin səxavətli dəstəyi sayəsində yaradılan IELiderlik və İnnovasiya Mərkəzi məni səmimi şəkildə qürurlandıranbir hadisədir. Mən onun qapılarından keçəcək insanlar və həmininsanların sonradan formalaşdıracağı region üçün kağız üzərindənəyi ifadə etməsi yox, praktikada nələri ifadə edə biləcəyiqürurlandırır",- deyə o bildirib.

Onun sözlərinə görə, "PASHA Holding" üçün bu təşəbbüs üçsəviyyədə dərin məna daşıyır.

“Birincisi, bu, bizim Azərbaycanda və bütövlükdə Qafqaz vəMərkəzi Asiyada insan kapitalını gücləndirmək hədəfimizinifadəsidir. Bu, təxminən 100 milyon əhalisi olan, tarixinin dönüşnöqtəsində dayanan bir regiondur və biz bu gələcəyə sadəcə tamaşaçıkimi baxmaq deyil, ona real töhfə vermək məsuliyyətini hiss edirik.İkincisi, bu, liderliyə vəzifə kimi deyil, bir praktika kimiinamımızı əks etdirir. Son bir il ərzində biz bütün Qrup boyunca“liderlik DNT"mizi tətbiq edirik: bu, liderlərimizin necədüşündüyü, necə hərəkət etdiyi və ətrafındakı insanlarla necədavrandığına əsaslanan bir sistemdir. Bu Mərkəz həmin yanaşmanıncanlı davamıdır. Üçüncüsü isə, bu, bizim kim olduğumuzu –tərəfdaşlıqlar nöqteyi-nəzərindən qlobal, kökləri baxımından isədərindən azərbaycanlı bir şirkət olduğumuzu göstərir.

"BNY" və "Raiffeisen ilə müxbir hesablar üzrə tərəfdaşlıqlardantutmuş Dünya İqtisadi Forumu ilə əməkdaşlığa, "Four Seasons","Marriott Group" və "One&Only" ilə otel tərəfdaşlıqlarına,həmçinin "Kerzner Group" və NRI ilə Nyu-York ştatında daşınmazəmlak layihələrində pay iştirakına qədər "PASHA Holding" hər zamanqlobal əlaqəliliyin və lokal bağlılığın bir-birinə zidd olduğunadeyil, əksinə, bir-birini gücləndirdiyinə inanıb.

“IE Universiteti ilə tərəfdaşlığımız da məhz bununla bağlıdır.Bu imkanın reallaşmasında rol oynayan SOCAR-dakı və IEUniversitetindəki tərəfdaşlarımıza, eləcə də dövlət institutlarınasəmimi təşəkkürümü bildirirəm. Birlikdə nəsə yaratmaq üçün həqiqietimad lazımdır və mən buna ciddi önəm verirəm. Əminəm ki, buradayaratdığımızın real əhəmiyyəti olacaq – mücərrəd mənada deyil,konkret nəticələrdə: formalaşacaq karyeralarda, daha keyfiyyətliqərarlarda və digər liderləri yetişdirəcək liderlərdə”,- deyə C.Qasımov yekunlaşdırıb.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr