AZ

Bu ölkədə kriptovalyutadan vergi tutulacaq

Rusiyada rəqəmsal valyuta əməliyyatlarından əldə edilən gəlirlərə fiziki şəxslərin gəlir vergisinin (NDFL) tətbiq edilməsi planlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, Hökumət Komissiyası Vergi Məcəlləsində ediləcək müvafiq dəyişiklikləri təsdiqləyib. Qanun layihəsi indi Dövlət Dumasının gündəliyinə daxil olacaq.

TASS agentliyinin xəbərinə görə, təklif rəqəmsal valyutanın mübadiləsi də daxil olmaqla, bütün kriptovalyuta əməliyyatlarından doğan gəlirləri əhatə edir.

Xərclərin uçotunda isə "ilk girən ilk çıxar" (FIFO) metodundan istifadə edilməsi nəzərdə tutulur.

Tənzimləmənin vergidən yayınma risklərini azaltması və kripto aktivlər bazarının şəffaflığını artırması hədəflənir.

Yeni qaydalar həm mütəşəkkil bazar əməliyyatlarına, həm də birjaxaricində həyata keçirilən əməliyyatlara şamil ediləcək.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr