AZ

BƏT in nümayəndəsi: Geosiyasi amillərin təsiri ilə meydana çıxan narahatlıqlar yeni risklərə və çağırışlara səbəb olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

Sosial izolyasiya və texnostres, eləcə də geosiyasi amillərin təsiri ilə meydana çıxan iqtisadi və maliyyə qeyri-sabitliyi, iş yerində qeyri-müəyyənlik, gələcəklə bağlı narahatlıqlar yeni risk və çağırışların yaranmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2019-cu ildə Beynəlxalq Əmək Konfransı tərəfindən qəbul olunmuş "Zorakılıq və təcavüz haqqında" BƏT-in 190 saylı Konvensiyası psixososial risklərə tam açıq şəkildə istinad edən ilk beynəlxalq əmək norması olub:”BƏT tərəfindən qəbul olunmuş bu konvensiya mühüm hüquqi çərçivə yaratsa da, bütün psixososial risk faktorlarını əhatə etmir. Digər beynəlxalq əmək normaları birbaşa psixososial risklərə diqqət yetirməsə də, ümumi təhlükəsiz və sağlam iş mühitinin yaradılmasını və təkmilləşdirilməsini tələb edir”.

Müxbir - Günel Türksoy, Aydan Əmirova

Fotoqraf - Səfiyar Məcnun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
azertag.az

2Mənbələr