Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev İmişli rayonu, Məmmədli kənd məktəbində müəllim kollektivi ilə görüş keçirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə deputat məlumat verib:
Çünki müəllimlərin iş şəraitini, imkanlarını və əmək haqlarını artırmaq üçün müəyyən zaman tələb olunacaq. Bu yöndə iş gedir, amma yenə də zaman alacaq”.
Deputat bildirib ki, bu, 96 şagird yerlik mobil məktəbdir:
“Köhnə məktəb binası çox möhkəm və yaraşıqlı bir binadır. Kaş ki, elə o məktəb özü təmir olunardı və zənnimcə, mobil məktəbə çəkilən xərc bəs edə bilərdi. Hər halda nazirlik yəqin ki, hesablayıb və qərara hörmətlə yanaşırıq.
Sadəcə, müəllim kollektivi narazıdır. Səbəb müəllimlər otağının çox balaca olması və müəllimlər üçün iş şəraitinin nəzərə alınmamasıdır. Özüm də müəllimlər otağında oldum və maksimum 5 nəfərin işləməsinə şərait var.
Məncə, mobil məktəblərin də tikintisində müəyən minimum standartlar nəzərə alınmalıdır. Məktəb kollektivi ilə səmimi söhbətimiz oldu və onlarla görüş uzun müddət xatirimdə qalacaq”.