AZ

Qazaxıstanın Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllimləri ADPU da mübadilə proqramında

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin müəllimləri müəssisələrarası əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik mübadilə proqramında iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində universitetin dosentləri Akkenje Bussurmanova və Murşida Aimova ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavinləri dosent Bəsti Əsədova və dosent Kərim Quliyev tərəfindən qəbul olunublar.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələri, təcrübə mübadiləsinin genişləndirilməsi və perspektivlər ətrafında müzakirələr aparılıb.

Qonaqlar fakültənin tədris və elmi fəaliyyəti ilə yaxından tanış olub, laboratoriyalarda həyata keçirilən tədqiqat işləri, müasir avadanlıq və praktik məşğələlərin təşkili barədə ətraflı məlumat əldə ediblər.

Eyni zamanda, qonaq müəllimlər “Məktəb kimya kursunda məsələlərin həlli”, “Qeyri-üzvi və üzvi kimyanın tədrisi metodikası” və “Qeyri-üzvi və üzvi kimya-1” fənləri üzrə rus bölməsində dərslər keçib, tədris prosesini müşahidə edərək professor-müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
azertag.az

1Mənbələr