AZ

Aydın Kərimov: "Kulinariya və Qastronomiya Festivalı Şuşanın mədəni həyatında mühüm yer tutur"

Şuşada Kulinariya və Qastronomiya Festivalı artıq dördüncü dəfədir ki keçirilir və şəhərin mədəni həyatında mühüm yer tutur.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Şuşa şəhəri üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov festivalın açılış mərasimində deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində qardaş və qonşu ölkələrin, həmçinin region dövlətlərinin milli mətbəx nümunələri nümayiş olunur:

"Bu cür tədbirlər müxtəlif xalqların mədəniyyətlərinin bir araya gəlməsinə, yeni bilik və təcrübələrin əldə olunmasına imkan yaradır. Mədəniyyət, dostluq və qardaşlıq əlaqələrinin inkişafı yalnız rəsmi tədbirlərlə məhdudlaşmır. İnsanların bir araya gəldiyi, ünsiyyət qurduğu belə festivallar bu baxımdan xüsusi əhəmiyyət daşıyır".

Seçilən
0
far.az

1Mənbələr