AZ

“ABŞ artıq dünyaya siyasət diktə edə bilmir” - İran Müdafiə Nazirliyi

İran Müdafiə Nazirliyinin sözçüsü ABŞ-nin qlobal siyasətdə təsir imkanlarının zəiflədiyini bildirib.

Redaktor.az xəbər verir ki, İran Müdafiə Nazirliyinin sözçüsü, general Rza Talaeinik “Tasnim” agentliyinə açıqlamasında ABŞ-nin artıq digər ölkələrə siyasət diktə etmək gücündə olmadığını deyib.

Onun sözlərinə görə, bu vəziyyət İran xalqı və silahlı qüvvələrinin müqaviməti nəticəsində beynəlxalq aləmdə də aydın şəkildə görünür.

Talaeinik qeyd edib ki, ABŞ gec-tez “qanunsuz və əsassız tələblərdən” imtina etməli olacaq. O, eyni zamanda ABŞ və İsraili “dövlət terrorizminin simvolu” kimi xarakterizə edib.

Məlumata görə, tərəflər arasında gərginlik davam etdiyi bir vaxtda, İran və ABŞ arasında danışıqlar da müxtəlif mərhələlərdə keçirilib, lakin hələlik uzunmüddətli razılaşma əldə olunmayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr