AZ

Afra Saraçoğlu bu iş adamı ilə eşq yaşayır

"Yalı Çapkını"nın aktrisası Afra Saraçoğlu bu dəfə şəxsi həyatı ilə maqazin dünyasının gündəminə çevrilib.

Far.Az xəbər verir ki, iddialara görə, artıq onun adı iş adamı Poyraz Yosmaoğlu ilə hallanır.

Bu barədə "Gel Konuşalım" verilişində aparıcı Ece Erken açıqlama verib.

O verilişdə bildirib ki, Saraçoğlu ilə Yosmaoğlu Kopenhagen şəhərində əl-ələ görülüb, hətta onlar birlikdə konsertə də qatılıblar.

Aparıcının sözlərinə görə, aktrisa Kopenhagendan etdiyi paylaşımda ürək emojisi istifadə edib.

Qeyd edək ki, bu məlumatlarla bağlı tərəflər hələlik bir açıqlama verməyib.

Seçilən
50
11
far.az

10Mənbələr