AZ

Seçkilərdə sabotaj: Narkotik kartelləri

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kolumbiya Prezidenti Qustavo Petro 25 aprel tarixində ölkənin cənub-qərbində 20 nəfərin həyatını itirdiyi bombalı hücumda istifadə olunan partlayıcı maddələrin qonşu Ekvadordan gətirilib-gətirilmədiyinin araşdırılmasını istəyib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Boqotadakı Casa de Narino sarayında xalqa müraciət edən Petro, Kauka bölgəsinə bağlı Cajibio qəsəbəsində Pan-Amerika magistral yolunda baş verən partlayışa toxunub.

Petro silahlı qüvvələrin komandanlarına müraciətlə bildirib: “Sizdən araşdırma aparmağınızı istədiyim məsələ budur. Mənbələrimin verdiyi məlumata görə, xüsusilə Cajibiodakı hücumda istifadə olunan partlayıcıların, ümumilikdə isə Kauka bölgəsində narkotik qruplarına çatan partlayıcıların Ekvadordan gəlib-gəlmədiyini müəyyənləşdirəsiniz”.

Petro silahlı qrupların 31 mayda Kolumbiyada keçiriləcək prezident seçkilərinin birinci turunu sabotaj etməyə çalışdığını iddia edərək deyib: 

“Qorxu mühiti yaradaraq ifrat sağın qalib gəlməsi üçün seçkilərimizi sabotaj etmək istəyirlər və bunun üçün narkotik ticarəti ilə məşğul olan qollarından istifadə edirlər. Bu, təsdiqlənməli olan, lakin hər gün daha da güclənən bir hipotezdir”.

Prezident keçmiş FARC təşkilatının çətiri altında fəaliyyət göstərən Estado Mayor Central (EMC) qruplarının narkotik kartellərə xidmət etdiyini və mülki əhalini hədəf aldığını bildirib.

O əlavə edib ki, "International Criminal Court" tərəfindən EMC lideri Ivan Mordisco haqqında insanlığa qarşı cinayətlərə görə ilkin araşdırma  tələbi qəbul edilib: 

“Kauka bölgəsindəki qrupların seçkiləri sabotaj etməyə çalışması məni təəccübləndirmir. Narkotik kartellərin rəhbərliyi nə istəyir? Onlar Ekvadorda olduğu kimi, Kolumbiyanı da ifrat sağın idarə etməsini istəyirlər”.

 Xatırladaq ki, Kolumbiyanın cənub-qərbində 25 aprel tarixində törədilən bombalı hücum nəticəsində 20 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb.

Nigar Hacılı 

"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr