AZ

Yekaterinburq festivalında Azərbaycan rəqsi təqdim olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskva, 28 aprel, AZƏRTAC

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki fəalları Yekaterinburqda keçirilən “Uşaqlığın ritmində” - 3-cü Beynəlxalq Rəqs Festivalında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, RAGB nümayəndələri “Dastan” Qafqaz rəqs qrupu ilə birlikdə proqramın kulminasiya məqamı olan Azərbaycan rəqs nömrəsini təqdim ediblər. İştirakçılar, həmçinin 2026-cı ildə keçiriləcək “Sverdlovsk vilayətinin ən kütləvi sərbəst rəqsi” yarışmasında rekord qırılması üzrə müsabiqəyə qoşulublar.

Festival müxtəlif mədəniyyətlərdən olan iştirakçıları bir araya gətirib və milli ənənələrin rəqs sənəti vasitəsilə nümayiş etdirilməsi üçün platforma rolunu oynayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
azertag.az

1Mənbələr