“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını “Milan”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb və ona 2029-cu ilin yayına qədər illik 5 milyon avro maaşla müqavilə təklif edib.
Qeyd edək ki, Qoretska bu mövsüm 43 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.