AZ

“ABŞ İrana qarşı təzyiqlərini artırıracaq”

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ İrana qarşı təzyiqlərini artırıracaq. Artıq bu istiqamətdə ilk addım atılıb”.

Bunu Gununsesi.info–ya açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib:

“Dördüncü aviadaşıyıcı gəminin İrana doğru hərəkət etdiyi bildirilir.

Bununla da ABŞ-nin bölgədə 200 döyüş təyyarəsi və 15 min dəniz piyadası yerləşdirəcəyi qeyd olunur. Bu, olduqca böyük hərbi güc deməkdir. Bu şəraitdə İranın danışıqlarda şərtləri diktə etməsi çətin görünür və daha çox ABŞ tərəfinin irəli sürdüyü şərtləri qəbul etmək və ya etməmək seçimi ilə üz-üzə qala bilər”.

Deputat qeyd edib ki, İranda neft hasilatı davam etsə də, onun ixracında problemlər var. Tankerlərin çatışmazlığı səbəbindən neftin satışı çətinləşib:

“Anbarların dolduğu və yaxın günlərdə neftin saxlanması üçün yerin qalmayacağı iddia olunur. Bu halda neft quyularının bağlanması ehtimalı ortaya çıxır. Lakin bu çox bahalı və çətin proses hesab edilir.

Bütün bu amillər fonunda İranın daha çevik mövqe sərgiləməsi və danışıqlar yolu ilə razılaşma axtarması ehtimalı müzakirə olunur”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr