AZ

Özbəkistan nümayəndə heyəti Nizami Gəncəvi Muzeyində olublar

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistan Respublikasından olan nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib. Səfər çərçivəsində qonaqlar ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə olublar. İlk olaraq nümayəndə heyəti Nizami Gəncəvi Muzeyi və Məqbərəsinə ziyarət ediblər. Newscenter.az xəbər verir ki, heyətə Özbəkistan Parlamentinin senatoru, Özbəkistanın Xalq yazıçısı və Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojoddin Saidov rəhbərlik edib. Tərkibə Sirojoddin Saidov, onun həyat yoldaşı Mukhayyo Saidova, Nurboy Jabborov, Shaklo Khojieva, Gayrat Macidov – Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, Sherzod Irzayev və Ahmad Ergashev daxil olub. Azərbaycan tərəfindən şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və qurumun beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu nümayəndə heyətini müşayiət edib.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
newscenter.az

2Mənbələr