AZ

AXC-nin süqutu. Tarix isə bütün hallarda dərsdir. » AzadMedia.az

AXC-nin


1918-ci ildə qurulan AXC 23 aylıq fəaliyyətdən sonra 1920-ci ilin 28 aprelində süquta uğradı. Bununla da dövlət müstəqilliyinin üzərindən xətt çəkildi və sovet hakimiyyəti quruldu. Əslində 23 aylıq müddətdən sonra süquta uğrayan hadisənin arxasında bir sıra daxili və xarici amillər dayanırdı. Əvvəla geosiyasi təzyiqlər və bolşevik təhlükəsinin işartıları açıq formada özünü göstərirdi. Üstəlik beynəlxalq arenada müharibə ab-havası müşahidə olunurdu. Birinci dünya müharibəsi başa çatsa da, yeni dünya platformasında qeyri-sabitlik vardı. O zamankı dünyanın nəhəng gücləri arasında coğrafiyalar tam olaraq bölüşdürülməmişdi. Belə bir vəziyyətdə C.Qafqaz da böyük güclərin maraq dairəsindən kənar deyildi. Rusiya Sovet Federativ Sosialist Respublikası rəhbərliyi, xüsusilə Vladimir Lenin və İosif Stalin Cənubi Qafqazı strateji ərazi hesab edirdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Azərbaycan sərhədlərini keçərək Bakıya doğru irəlilədi. Bununla da AXC-nin süqutu reallaşdı

Heç şübhəsiz ki, xarici təzyiqlərlə yanaşı, daxili problemlər də mövcud idi. Parlamentin iclaslarında müxtəlif siyasi qüvvələr arasında fikir ayrılıqları verilən qərarların qəbulunu çətinləşdirirdi. Daxili siyasi atmosferin gərglinliyi iqtisadi vəziyyətə də siraət edirdi. Birinci Dünya Müharibəsindən sonra ölkədə resurs tükənmişdi.

Bu işğal həm də ağır faciələrə gətirib çıxartdı. On minlərlə insan istiqlal uğrunda mübarizədə həlak oldu. SSRİ-nin mövcud olmasına baxmayaraq ulu öndər H.Əliyevin rəhbərliyi altında ilk dəfə Naxçıvanda AXC-nin üç rəngli bayrağı rəsmi dövlət bayrağı olaraq qəbul edildi. Heç şübhəsiz ki bu da o zamankı Sovet hökumətinin əsaslarını sarsıdan bir hadisə oldu

Tarix boyu Azərbaycan torpaqlarının istilasını həyata keçirən qüvvələr mövcud olub. Tarix isə bütün hallarda dərsdir. Əsas dərs ondan ibarətdir ki, dövlətin güclü olması üçün birlik və həmrəylik vacibdir

Seçilən
16
1
azadmedia.az

2Mənbələr