AZ

Sumqayıt bulvarındakı tikinti ilə bağlı rəsmi açıqlama: “Bütün layihələr aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış qaydada icra olunur”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt bulvar ərazisində, Levent yaşayış kompleksi ilə üzbəüz sahədə ağacları qırıb yerində obyekt işləri aparılır. Bu ərazi şəhərin əsas yaşıllıq zonalarından biridir. Ərazidə ağacların kəsilməsi ictimai narahatlıq yaradır. Görüntülər ecofront tərəfindən sosial şəbəkədə paylaşılıb.Sözügedən ərazidə aparılan tikinti işləri və ağacların kəsilməsi hansı qurumun icazəsi ilə həyata keçirilir?

Yaranan suallara cavab tapmaq üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Sumqayıt şəhərində həyata keçirilən tikinti işləri təsdiq olunmuş şəhərin baş planına uyğun olaraq, şəhərsalma və memarlıq qaydalarına tam riayət edilməklə aparılır.

Bütün layihələr aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış qaydada icra olunur və tikinti prosesində mövcud qanunvericiliyin tələbləri əsas götürülür”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
bizimyol.info

1Mənbələr