Alimlər aşkar ediblər ki, piylənmə insanın immun sistemində uzunmüddətli iz qoya bilər. Bu iz çəki atıldıqdan sonra belə saxlanılır və diabet, eləcə də bəzi xərçəng növləri üçün riski artırır.
Qaziler.az xəbər verir ki, bu barədə “EMBO Reports” jurnalında dərc olunan araşdırmada deyilir.
Birmingem Universitetinin tədqiqat qrupu müəyyən edib ki, immun sisteminin T-helper hüceyrələri piylənməyə dair özünəməxsus "yaddaş" saxlayır. Bu yaddaş epigenetik dəyişikliklər — DNT metilləşməsi (hüceyrələrin genetik materialına kimyəvi nişanların yapışması) hesabına formalaşır.
Alimlərin məlumatına görə, belə dəyişikliklər arıqladıqdan sonra 5-10 il ərzində qala bilər. Nəticədə immun hüceyrələri orqanizm hələ də piylənmə vəziyyətindəymiş kimi fəaliyyət göstərməyə davam edir. Bu, toxuma təmizlənməsi proseslərini poza, iltihabı tənzimləyə və immun sistemində yaşla bağlı dəyişiklikləri sürətləndirə bilər.
QAZİLER.AZ