AZ

Moskvada güclü yanğın – azı 5 ölü

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada tikintisi davam edən binada başverən güclü yanğın nəticəsində azı 5 nəfər həyatını itirib .

Trend xəbər verirki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuatxidməti məlumat yayıb.

Məlumata görə, yanğın binanın ikinci və üçüncü mərtəbələrindəbaş verib. Ümumilikdə 31 nəfər xilas edilib.

Yanğının söndürülməsinə 200-dən çox xilasedici və 65yanğınsöndürmə texnikası səfərbər olunub. Alovun artıq nəzarətəalındığı bildirilir.

Bundan əvvəl 3 nəfərin öldüyü, yeddi nəfərin yaralandığıbildirilirdi.

Yanğının səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.

Məqalədə:
Seçilən
61
16
az.trend.az

10Mənbələr