AZ

AzTV də növbəti şəffaflıq problemi TENDERİN QALİBİ, MALİYYƏ XƏRCLƏRİ GİZLİ SAXLANILIR

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də söküntü işləri aparılır.

 Gununsesi.info xəbər verir ki, proses televiziya qurumunun radio bölməsində həyata keçirilir.

Məlumata görə, artıq bir müddətdir davam edən söküntü işlərinin mahiyyəti, hüquqi əsasları və icra mexanizmi barədə ictimaiyyətə rəsmi açıqlama təqdim olunmayıb.

Ən ciddi suallardan biri isə işlərin hansı şirkət tərəfindən aparılması ilə bağlıdır. Belə ki, bu barədə də məlumat verilmir.

Mövcud məlumat fonunda bir neçə əsas sual diqqət çəkir:

Söküntü işləri hansı qərarla və hansı ehtiyac əsasında aparılır?

Tender elan olunubmu və əgər olunubsa, nə vaxt keçirilib?

Layihəni hansı şirkət qazanıb və icraçı kimdir?

İşlərin ümumi dəyəri və ayrılan maliyyə vəsaiti nə qədərdir?

Əgər tender keçirilməyibsə, bu qərarın hüquqi əsaslandırması nədir?

Hazırda bu sualların heç birinə nə rəsmi qurum, nə də AzTV tərəfindən cavab verilməyib.

Dövlət büdcəsindən maliyyələşən və ictimai yayım funksiyası daşıyan bir qurumda aparılan belə miqyaslı işlər barədə məlumatların açıqlanmaması ictimai nəzarət baxımından ciddi boşluq yaradır. Xüsusilə tikinti və söküntü işləri adətən tender prosedurları, müqavilə detalları və icraçı şirkət məlumatları ilə müşayiət olunmalıdır.

Lakin hazırkı halda nə tenderin keçirilib-keçirilməməsi, nə də icraçı barədə hər hansı açıq məlumat mövcuddur.

AzTV-də aparılan söküntü işləri texniki və ya infrastruktur yenilənməsi məqsədi daşıya bilər. Lakin prosesin ictimaiyyət üçün tam qapalı qalması, xüsusilə maliyyə və icraçı şirkət barədə məlumatların açıqlanmaması sualların artmasına səbəb olur.

Bu mərhələdə əsas gözlənti söküntü və yenidənqurma işləri ilə bağlı rəsmi və detallı açıqlamanın verilməsidir.

Məsələ ilə bağlı Gununsesi.info AzTV-nin  İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəhbəri Rüfət Seyidova sorğu ünvanlasa da cavab ala bilməyib.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr