AZ

Ukraynada ümumi səfərbərlik müddəti daha 90 gün uzadıldı

Ukraynada

Ukrayna Ali Radası ölkədə ümumi səfərbərliyin müddətinin 90 gün — mayın 4-dən avqustun 2-nə qədər uzadılmasını nəzərdə tutan qanun layihəsini 19-cu dəfə təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, parlamentin iclası "Rada" telekanalı vasitəsilə canlı yayımlanıb.

Sənədin lehinə zəruri olan 226 səsin əvəzinə 304 deputat səs verib.

Bundan sonra sənədi Radanın spikeri Ruslan Stefançuk və Vladimir Zelenski imzalamalıdır.

Bundan əvvəl Rada ölkədə hərbi vəziyyət rejimini də 90 gün müddətinə uzatmışdı.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib. O vaxtdan bəri bu müddətlər dəfələrlə prolonqasiya (uzadılma) edilib. Ölkədəki hərbi vəziyyət səbəbindən nə parlament, nə prezident, nə də yerli seçkilər keçirilir. Mətn müəllifi qeyd edir ki, prezidentlik səlahiyyətləri 20 may 2024-cü ildə başa çatan Zelenski məhz bu vəziyyətdən faydalanır.

Məryəm Quliyeva

Seçilən
40
xalqcebhesi.az

1Mənbələr