AZ

Ukraynada səfərbərlik müddətiUZADILIR

Ukrayna Ali Radası ölkədə səfərbərlik müddətinin uzadılması ilə bağlı qərarı təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri parlamentdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səsvermədə iştirak edən 333 deputatdan 304-ü səfərbərliyin avqustun 2-dək uzadılmasına dəstək verib. İki deputat əleyhinə səs verib, iki nəfər bitərəf qalıb, 25 deputat isə səsvermədə iştirak etməyib.

Qanun layihələri Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən parlamentə təqdim olunub. Bundan əvvəlki uzadılma yanvar ayında qəbul edilmişdi və mayın 4-də başa çatmalı idi.

Məsələ ilə bağlı Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendel bildirib ki, hərbi vəziyyət və səfərbərlik artıq müvəqqəti tədbirdən idarəetmə sisteminə çevrilib.

NURİYYƏ

Seçilən
27
redaktor.az

1Mənbələr