AZ

Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar

Bakı.Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi yol-nəqliyyat hadisəsiilə bağlı cinayət işi üzrə mühüm hüquqi mövqe açıqlayıb.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iş materiallarınaəsasən təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyiavtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümü ilənəticələnən qəza törətməkdə ittiham olunub. Həmçinin onun hadisəyerini tərk etdiyi bildirilib. Eyni zamanda, şəxsin psixipozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etməkqabiliyyətində olmaması ilə bağlı məlumatlar da işdə yer alıb.

Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlarınkifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsintəqsirinin sübuta yetirilmədiyini əsas götürərək bəraət hökmüçıxarıb.

İşə baxan məhkəmə şahid ifadələrini, qanuni nümayəndəninizahatlarını və digər sübutları müqayisəli şəkildə təhlil edib.Qərarda qeyd olunub ki, bəzi şahidlərin ifadələri hadisəninbaşvermə şəraiti, avtomobili idarə edən şəxsin kimliyi və hadisədənsonrakı davranışlar barədə bir-birini qismən təsdiqləsə də,ziddiyyətli məqamlar mövcuddur. Həmçinin mobil operatorməlumatlarının bəzi ifadələri tam təsdiqləmədiyi vətəqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspertrəylərinin də nəzərə alındığı bildirilib.

Ali Məhkəmə iş materiallarını araşdıraraq vurğulayıb ki,sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu halında mənsubiyyəti,mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli vəittihamın sübuta yetirilməsi üçün kifayət etməlidir. Qeyd edilibki, təqdim olunan sübutlar təqsirləndirilən şəxsin hadisənitörətməsi ilə bağlı şübhələri aradan qaldırmaq üçün yetərliolmayıb.

Məhkəmə kollegiyası təqsirsizlik prezumpsiyası prinsipinəistinad edərək bildirib ki, şəxsin təqsirli bilinməsi yalnız onuntəqsiri tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. Aradanqaldırıla bilməyən şübhələr isə təqsirləndirilən şəxsin xeyrinəşərh olunmalıdır.

Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaqorqanı tərəfindən ittiham aktı ilə deyil, tibbi xarakterli məcburitədbirlərin tətbiqi məqsədilə məhkəməyə göndərilib. Bu kateqoriyayaaid işlər üzrə məhkəmələr xüsusi prosedur qaydalarına əməletməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsişəxsin əməli törətməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdəbəraət hökmü çıxarmaq əvəzinə cinayət işinə xitam verilməsi barədəqərar qəbul etməlidir.

Nəticədə, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsininhökmünü ləğv edərək işi yenidən baxılması üçün apellyasiyainstansiyasına göndərib.

Seçilən
53
1
az.trend.az

1Mənbələr