Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ağ corablar və ya digər geyimlər adətən sarı və boz ləkələr səbəbilə tez çirklənmiş kimi görünür. Bu ləkələrdən qurtulmağın ən yayılmış yolu ağardıcı olsa da, geyimləri zədələyən bu üsulun əvəzinə daha təbii təmizlik sirrindən istifadə etmək mümkündür.Demokrat.az xəbər verir ki, ağ paltarları ağ saxlamağın nə qədər çətin olduğunu bilənlər az deyil. Corabları isti suda yumaqdan əvvəl ağardıcıya batırmaq həll kimi görünsə də, bu üsul parçaları qısa müddətdə korlaya bilər. Bəs geyimlərə zərər vermədən onları ağ saxlamaq mümkündürmü?Ağardıcı və bu kimi kimyəvi maddələr qısa müddətlik effekt versə də, 5–10 dəqiqədən artıq istifadə edildikdə parçaları zəiflədə bilər. Xüsusilə corabların rezin hissəsi zədələnə və yararsız hala gələ bilər. Buna görə daha təbii ağardıcı məhluldan istifadə etmək tövsiyə olunur.Qazan, su, 1 stəkan təmizlik sirkəsi, qaşıq, solmuş corablar və ya parlaqlığını itirmiş ağ geyimlər bu üsul üçün kifayətdir.Necə hazırlanır?Qazanın yarısına qədər ilıq su doldurulur və ocağa qoyulur. Daha sonra təmizlik sirkəsi əlavə edilir və su qaynamağa başlayana qədər yüksək odda qızdırılır. Ardınca corablar və ya geyimlər qazana yerləşdirilir və tam şəkildə məhlula batması üçün qarışdırılır.Qazan ocaqdan götürülür və 24 saat saxlanılır. 24 saatdan sonra geyimlər adi qaydada yuyucu vasitə ilə isti suda yuyulur. Daha sonra açıq havada ipə sərilərək və ya quruducuda qurudulur.Geyimləri günəşdə qurudarsanız, ağardıcı effekt daha da güclənə bilər. Günəş təbii “ağardıcı” kimi təsir göstərir və sirkə ilə birlikdə daha yaxşı nəticə verir.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.