AZ

Müharibədə ən dəhşətlisi baş verdi! Nəhəng neft emalı zavodu alovlar içində qaldı

Ukraynanın Rusiyanın Qara dəniz sahilində yerləşən Tuapse şəhərindəki neft emalı zavodunu hədəf aldığı bildirilir.

Turkustan.az xəbər verir ki, hücumdan sonra zavod ərazisində böyük yanğın baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə müəssisə ərazisindən kilometrlərlə uzaqdan görünən güclü alov və qalın qara tüstü müşahidə olunur. İddialara görə, partlayış səsləri də eşidilib və yanğın qısa zamanda genişlənib.

Tuapsedə yerləşən neft emalı zavodu Rusiyanın Qara dəniz sahilindəki əsas enerji obyektlərindən biri hesab olunur. Ekspertlərin fikrincə, bu tip hücumlar Rusiyanın enerji infrastrukturunu hədəf alaraq onun logistik imkanlarını zəiflətməyə yönəlib.

Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik rəsmi məlumat verilməyib. Yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyi bildirilir.

Son dövrlərdə Ukraynanın Rusiya ərazisində enerji obyektlərinə hücumlarını artırdığı qeyd olunur və bu proses müharibənin gedişatına təsiri baxımından diqqətlə izlənilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr