Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Pekin, 28 aprel, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin, Koreyanın İnçon şəhər cənub təhsil idarəsinin və “Inha” Universitetinin multikulturalizm təhsili fakültəsinin birgə təşkilatçılığı ilə multikultural tədris üzrə koreyalı müəllimlərin peşəkar bacarıqlarının artırılmasına həsr olunmuş tədbir təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səfirliyin əməkdaşları tərəfindən Azərbaycanın mədəniyyəti və multikultural modeli, eləcə də Koreya ilə ikitərəfli mədəni və təhsil əməkdaşlığı barədə məlumat verilib, Azərbaycanla bağlı suallar cavablandırılıb.
Tədbir ikili bakalavr diplomu proqramı çərçivəsində “Inha” Universitetində təhsil olan azərbaycanlı tələbələrin milli musiqi və rəqs ifaları ilə davam edib. Eyni zamanda, tədbir zamanı ölkəmizin mədəniyyət nümunələri nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin




Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.