AZ

Azərbaycan 3 ayda dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

Bu ilin I rübündə Azərbaycanın dövlət istiqrazları üzrə ümumilikdə 1 milyard 310,9 milyon manat borc qaytarılıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 3 ayda dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 132,5 milyon manat vəsait istifadə edilib.

Seçilən
48
far.az

1Mənbələr