AZ

Yunanıstanda təqaüdçü odlu silahla 5 nəfəri yaraladı

Bakı. Trend:

Yunanıstanda 89-yaşlı təqaüdçü ölkənin Vahid Sosial SığortaFondunda (EFKA) və Afina Apelyasiya məhkəməsində odlu silahla beşnəfəri yaralayıb.

Trend xəbər verirki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb.

Məlumata görə, kişi əvvəlcə Afinanın Petralona rayonundayerləşən EFKA binasına daxil olub. Şahidlərin bildirdiyinə görə, o,dördüncü mərtəbəyə qalxaraq, tavana atəş açıb, daha sonra isəəməkdaşlardan birini ayağından yaralayıb. Zərərçəkən yerlixəstəxanaya çatdırılıb, onun xəsarəti həyati təhlükə yaratmır.

Bundan sonra həmin şəxs Afina Apellyasiya Məhkəməsinin binasındagörünüb, burada da dördüncü mərtəbəyə qalxaraq məhkəmənin katibləriolan dörd qadına atəş açıb. Mövcud məlumata əsasən, onlar yüngülxəsarətlər alıblar. Cinayətkar ov tüfəngini hadisə yerində qoyaraqyenidən qaçıb. Onun bu hərəkətlərinin motivləri hələlik məlumdeyil.

Telekanalın məlumatına görə, söhbət əvvəllər psixiatriyaklinikasında müalicə almış 89 yaşlı bələdiyyə işçisindən gedir.Polis cinayətkarın axtarışı üçün genişmiqyaslı əməliyyatabaşlayıb.

Məqalədə:
Seçilən
77
2
az.trend.az

3Mənbələr