Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı artıb. Yanğında ölənlərin sayı 7-yə çatıb, 13 nəfər yaralanıb. 1400 kvadratmetr ərazidə baş verən yanğın söndürülüb.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı iki - yeni hərbi zərbələr endirmək və ya sanksiyaların davam etdirilməsinin Tehranı nüvə silah proqramını dayandırmaq üzrə danışıqlara məcbur edib-etməyəcəyini gözləmək seçimləri arasında tərəddüd edir. “Axios” məlumatlı mənbələrə istinadla bildirib.
Trampın bəzi müşavirləri hesab edirlər ki, hazırda Hörmüz boğazı üzərində təzyiq saxlanmalı və bunun daha da artırılması üçün İrana qarşı əlavə iqtisadi sanksiyalar tətbiq olunmalıdır.
Məlumata görə, ABŞ Prezidenti hökumətdən kənar bəzi şəxslərlə də məsləhətləşib və ona bu çıxılmaz vəziyyətdən çıxış yolu kimi hərbi addımların gündəmə gətirilməsi tövsiyə olunub.
Trampın müşavirlərindən birinin sözlərinə görə, o, yaxın çevrəsi ilə söhbətində belə deyib: “İranın başa düşdüyü yeganə şey bombadır”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv