Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub.
Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar aparılır.