İraqın ən böyük parlament bloku olan “Koordinasiya platforması” Əli Zeydini baş nazir vəzifəsinə namizəd göstərib. Bu barədə INA dövlət agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Prezident Nizar Amidinin Əli Zeydiyə yeni hökumət qurmağı rəsmi olaraq tapşıracağı gözlənilir.
İraq konstitusiyasına görə, baş nazir vəzifəsinə namizəd təyin olunduqdan sonra 30 gün ərzində kabinet təşkil etməli və parlamentdən etimad səsi almalıdır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”