AZ

Aİ İrəvana toplaşır: Bakı İrəvan sülhü üçün kritik həftə

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gələn həftə İrəvanda baş tutacaq Aİ-Ermənistan Zirvə Görüşündə Cənubi Qafqazdakı vəziyyət, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, regional təhlükəsizlik və əsas beynəlxalq çağırışları müzakirə ediləcək.

Ölkə.az xəbər verir ki, 4-5 may 2026-cı il tarixlərində İrəvanda Avrop İttifaqı (Aİ) Ermənistan sammiti keçiriləcək  və tədbirdə Avropa İttifaqını sammitdə Avropa Şurasının prezidenti António Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birlikdə təmsil edəcək. Ermənistanı isə Baş nazir Nikol Paşinyan təmsil edəcək.

Əsas mövzulardan biri Cənubi Qafqazdakı vəziyyət, xüsusən də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması da daxil olmaqla, sülh və sabitliyə doğru irəliləyişi müzakirə edəcəklər. 

Zirvə görüşü ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, Cənubi Qafqaz regionunda sülhü, əlaqəni və iqtisadi inkişafı gücləndirmək məqsədi daşıyır.

Danışıqlar zamanı liderlər enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və infrastruktur bağlantısı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusilə

Ukraynadakı vəziyyət və Yaxın Şərqdə davam edən böhranın nəticələri də daxil olmaqla, mövcud qlobal çağırışlara diqqət yetiriləcək.

Tədbirə Fransa Prezidenti Emanuel Makronun, Ukrayna Prezidenti Volodimir Zelenskinin da qatılacağı gözlənilir. 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
1
olke.az

2Mənbələr