AZ

Moskvada güclü YANĞIN: 7 nəfər ölüb - Video - Yenilənib 

Rusiyanın paytaxtı Moskvada tikilməkdə olan binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 12 nəfər xəsarət alıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Moskva üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (tikinti və ya digər işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) üzrə cinayət işi başlanıb.

***

Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.

Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.

Poliqon xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.

Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.

Operativ xidmətlər yanğının yayıldığını bildirir.(Apa)

Poliqon.info

Seçilən
38
1
poliqon.info

10Mənbələr