AZ

Ali Koç və Aziz Yıldırımdan gözlənilməz qərar: "Fənərbağça" seçkilərə gedir

"Fənərbağça" klubunda iyunun 6-7-də keçiriləcək prezident seçkiləri öncəsi namizədlərin adları bəlli olmağa başlayıb.

Azreform.info Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-lacivərdlilər"də iyun ayında keçiriləcək səsvermə öncəsi namizədlik prosesi konkretləşir. Artıq iki tanınmış sima rəsmən mübarizəyə qoşulub. Həm Mehmet Ali Aydınlar, həm də Barış Göktürkün yaxın günlərdə öz layihələri ilə klub camiəsinin qarşısına çıxacağı gözlənilir.

Əli Koç və Əziz Yıldırımın yenidən namizəd olub-olmayacağı böyük maraqla gözlənilsə də, məsələ ilə bağlı "Sözcü" qəzetində iddia yer alıb. Məlumata görə, hər iki şəxs bu seçkilərdə namizəd olmamaq qərarına gəlib. Bu addım klub daxilindəki qüvvələr nisbətini tamamilə dəyişə bilər.

"Qalatasaray"a məğlubiyyətdən sonra çempionluq yarışından uzaqlaşan "Fənərbağça"da rəhbərlik səviyyəsində kritik qərarlar qəbul edilib. Klub prezidenti Sadəddin Saran növbədənkənar seçki elan edərək namizəd olmayacağını açıqlayıb.

Seçilən
50
3
azreform.info

4Mənbələr