Qaynarinfo-nun məlumatına görə, vəzifəsini itirənlər arasında Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev də var.
O, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur. 70 yaşlı məmur uzun illərdir ki, bu quruma rəhbərlik edir.
Məsələ ilə bağlı Coşqun Qarayevlə əlaqə saxlasaq da, məsələyə münasibət bildirmək istəməyib.


